Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Xəzər döyüşünün qalibləri Bakıda mükafatlandırıldı

Abunə olmaq
IV "Beynəlxalq Ordu Oyunları–2018" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2018" beynəlxalq yarışının qalibinin mükafatlandırılma mərasimi keçirilib. Bu barədə videoya baxın.

On gün ərzində müxtəlif ölkələrdən olan dənizçilər Xəzərdə dəniz və hava hədəflərini vurmaq, həmçinin dənizdə xilasetmə əməliyyatlarını həyata keçirmək uğrunda yarışıblar. Bu gün "Dəniz Kuboku-2018" beynəlxalq yarışının kuboku və iştirakçı ölkələrin bayraqları Bakıdakı tribunaya aparılıb.

Ümumi qiymətləndirmə əsasında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə İran və Azərbaycan dənizçiləri tutub.

Qalib ölkənin himni çalınıb və "Dəniz Kuboku" birinci yerin sahibi olan Rusiya Federasiyasının komandasına təqdim edilib.

Xəbər lenti
0