Ekspertlər qanunları pozan jurnalistlər haqqında danışıblar

75
(Yenilənib 17:53 19.07.2018)
Ölkə jurnalistikasını kriminal təsirlərdən necə uzaq tutmalı? Bu barədə Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycan Mətbuat Şurasının ekspertləri danışıblar.

Son on ildə gündəlik həyatımıza "kriminal jurnalistika", "araşdırma jurnalistikası", "jurnalist araşdırması" kimi terminlər daxil olub. Fövqəladə hallar, sosial sahə, qeyri-qanuni fəaliyyət, korrupsiya faktları, maliyyə maxinasiyaları, zorakılıq və digər hallar kriminal jurnalistikanın mövzusuna çevrilir.

Tez-tez olur ki, etik normalara riayət etməyən jurnalistlər mövzunu tam olaraq bilmədiklərinə, kifayət qədər peşəkar bacarıqları olmadıqlarına görə baş verənləri təhrif edir, hətta cəmiyyət arasında dezinformasiya yaymaqla, bəzi hallarda qanunu pozanların maraqlarına xidmət edirlər.

Belə hallarla necə effektiv mübarizə aparmaq barədə Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycan Mətbuat Şurasının ekspertləri danışıblar.

75
Əlaqədar
Ekspert: "Azərbaycana qarşı təxribatlar daim olacaq"