(2:03 / 15.97Mb / просмотров видео: 795)

“Türk ulduzları” Bakı səmasında

823
Türkiyənin “Türk ulduzları” və “SOLOTÜRK” uçuş qrupları Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər. Sputnik Azərbaycan-ın videosunda təyyarələrin uçuşuna baxın.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı paytaxtda Türkiyə HHQ-nin "Türk ulduzları" və "SOLOTÜRK" pilotaj qruplarının F-16 təyyarələrində aviaşousu baş tutub.

823
Əlaqədar
Azərbaycanın hərbi qüdrəti: Bakıda yeni silahlar və texnika nümayiş olundu
Hərbçilərimiz bayram edirlər

Bütün kəndi doyurar: Adamdan da hündür samovar düzəltdilər - VİDEO

22
(Yenilənib 18:25 20.04.2021)
İsmayıllının Lahıc qəsəbəsində misgərlərin hazırladıqları samovarın hündürlüyü hər kəsi təəccübləndirib. Bu barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların qəsəbəsində fəaliyyət göstərən adlı-sanlı ustalardan biri də Kəbləmi Əliyevdir.

Xüsusi zövqlə qədim sənətin sirlərini öyrənərək, misdən hazırladığı saysız-hesabsız əl işləri ilə hər kəsin diqqətini çəkən usta digər misgərlərlə birgə nəhəng samovar hazırlayıb ki, bu, Lahıc misgərlik sənəti tarixində bir ilk hesab edilir.

22
Teqlər:
video, mis, samovar, Lahıc
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

104
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

104
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu