(1:23 / 11.05Mb / просмотров видео: 516)

Bakıda DÇ-2018 ərəfəsində "Bir nömrəli hazırlıq" nümayiş etdirildi

67
(Yenilənib 17:59 14.06.2018)
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Azarkeşlər evi 2018” aksiyasının başlanması mərasimi keçirilib. Bakıda nümayiş etdirilən Dünya Çempionatına hazırlıqla bağlı seçilmiş fotoşəkillərə Sputnik Azərbaycan-ın videosunda baxın.

Rusiya Elm və Mədəniyyət Mərkəzləri (REMM) yay ərzində Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı tədbirlər keçirir. Beləliklə, dünyadakı otuz səkkiz REMM-də FIFA-2018 futbol üzrə Dünya Çempionatına ev sahibliyi edən Rusiya Federasiyasına həsr olunmuş foto sərgilər keçiriləcək.

Sputnik Azərbaycan RİMM-in təklifi ilə aksiyanın Bakıdakı həmtəşkilatçılarından biridir. Bakıdakı RİMM-in meydançasında Rusiyanın on bir şəhərində DÇ-2018-ə hazırlıqları əks etdirən fotosərginin təqdimatı keçirilib.

Ekspozisiyanın təntənəli açılış mərasimində RF-nın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev, "Rossotrudniçestva"nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə iştirak edib.

67