(1:20 / 10.87Mb / просмотров видео: 709)

Sputnik Azərbaycan-dan “günəş uşaqlar” üçün #GünəşliYay

164
(Yenilənib 11:05 01.06.2018)
Sputnik Azərbaycan informasiya agentliyi və radiosu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “günəş uşaqlar” üçün aksiya təşkil edib. Bu aksiyanın necə keçdiyinə Sputnik-in videosundan baxın!

#GünəşliYay xeyriyyə aksiyasında Heydər Əliyev Fondunun dəstəyi və "Qarğı" İctimai Birliyinin rəhbərliyi ilə fəaliyyət göstərən Daun sindromlu Uşaqlar üçün Reabilitasiya Mərkəzinin 13 yetirməsi iştirak edib.

"Pizza Hut" restoranında pizzanın hazırlanması ilə bağlı əyləncəli master-klass keçirilib. Təcrübəli pizza mütəxəssisləri uşaqlara məxsusi pizzanın hazırlanmasını öyrədiblər. Onlar pizza hazırlayarkən kloun Aquşa və müəssisənin könüllüləri əyləncəli proqramla uşaqları sevindiriblər.

164

Çimərlik serialının qısa tizerdən sonra yeni mövsümü yeni qaydalarla

20
(Yenilənib 15:17 10.08.2020)
Azərbaycanda karantin rejimi yumşaldılıb. Xəzər dənizinin sahilləri yenidən qızmar qum üzərində istirahət etmək, dəniz suyunda yorğunluğunu atmaq istəyənlər üçün açılıb. Amma yeni qaydalar ilə. Abşeron çimərliklərindəki vəziyyəti videomuzda izləyin.

Son ay ərzində Azərbaycanda koronavirusa tutulanların sayının azalması ilə Abşeron çimərlikləri yenidən istirahət edənlər üçün açılıb. Artıq Xəzər sahilinə heç bir icazə almadan getmək olar, amma bunu etməzdən öncə bu və ya digər çimərliyin nə dərəcədə dolu olduğunu cimerlik.az xüsusi portalında yoxlamaq tövsiyə edilir.

Açıldığı kimi bağlandı: bakılılar Abşeron çimərliklərindən həzz ala bilmədilər>>

Qızıl qayda isə sosial məsafəni gözləmək və təmizliyə riayət etməkdir.

20

Vaxtında edilmiş ixtira: Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq

1409
(Yenilənib 17:53 07.08.2020)
Cəlilabad sakini istənilən ərazidə işləyə bilən artezian quyusu qazan qurğu hazırlayıb. Qurğunun necə göründüyü və necə işlədiyini isə videomuzda izləyin.

Bir çox rayon sakini üçün artezian quyuları təmiz içməli su probleminin həllidir. Cəlilabad rayonu Günəşli kənd sakini Rövşən Abdullayev istənilən ərazidə işləyə bilən artezian quyusu qazan qurğu hazırlayıb.

Lerik sakinindən yeni ixtira: Artezian quyu qazmaq üçün
© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova

“Mən buraya yeni köçdüyüm vaxtlarda suya ehtiyac yarandı. Çox vaxt susuz qalırdıq. Bu cihazı özüm düzəltmək fikrinə gəldim. 2018-ci ilin fevral ayından bu qurğunu sınaqdan keçirmişəm və o vaxtdan bəri bir çox suya ehtiyacı olan insanlar üçün quyu qazmışam”, - deyə Abdullayev bizimlə bölüşüb.

Cəlilabadlı ixtiraçı bu cihazı ərsəyə gətirmək üçün 800 manat pul xərcləyib. Bir il ərzində lazım olan detalları toplayıb, qazıcı qurğuları və yeri qazan baltaları isə öz əli düzəldib. Qurğunu dar küçə, məhəllə, hətta dərin xəndəklərin içində asanlıqla quraşdırıb çalışdırmaq mümkündür.

“Qurğu həm 220, həm də 380 volt gərginlik ilə çalışır. Kiçik həcmli olduğundan hər kəs onu çalışdıra bilər. Hal-hazırda 25 metr dərinliyə kimi qazmaq üçün qazma borularım da var”, - deyə usta yekunlaşdırıb.

Usta hər kəsə suyu israf etməməyi və sudan səmərəli istifadə etməyi tövsiyə edir.

1409
Bollivud ulduzu Əmir Xan, arxiv şəkli

Bollivud ulduzu Türkiyədə

0
(Yenilənib 22:23 10.08.2020)
Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri Türkiyədə davam etdiriləcək. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 1994-cü ildə çəkilən, ABŞ istehsalı olan "Forest Qamp" ("Forrest Gump") filminin hind versiyası olan "Lal Sinqx Çadha" ("Laal Singh Chaddh") filminin çəkilişləri yarımçıq qalıb. Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri, Türkiyədə davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmin çəkilişlərinin böyük bir hissəsi Türkiyədə aparılacaq. Çəkilişlərlə bağlı Türkiyəyə gələn Bollivud ulduzu Əmir Xanı Adana hava limanında pərəstişkarları qarşılayıblar. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb. "3 Səfeh" filmində yaradıcılıq yolları birləşən Karina Kapul bu filmdə də aktyorun tərəf-müqabili olacaq. Filmin rejissoru Advait Çandandır.

Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq.

0
Əlaqədar
Azərbaycanda çox sevilən hind aktyoru ailə üzvləri ilə birgə reanimasiyaya yerləşdirildi
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tramp Bollivud VİDEOsunda - özü paylaşdı
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi