Kiçik məkana bir dünya yerləşdirən adam

690
(Yenilənib 16:55 29.05.2018)
Akif Məmmədli 20 ilə yaxındır ki, şimal-qərb bölgəsinin, xüsusi ilə Balakən, Zaqatala və Qaxın tarixini tədqiq edir və bu işin pioneri hesab olunur

Akif müəllim yaşadığı evin həyətində muzey yaradıb. Muzeydə daş dövründən bu vaxta qədər bütün dövrləri əhatə edən eksponadlar yer alıb. Eksponadların böyük bir qismi Balakən, Zaqatala, Qaxa məxsus olsa da digər bölgələrdən də eksponadlar var.

Müsahibimiz, muzeyin yaranma tarixi və əhəmiyyəti barədə Sputnik Azərbaycan-a danışdı.

690

Ramazan bayramından öncə fitrə necə çıxarılmalıdır Video

92
(Yenilənib 11:14 23.05.2020)
Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, Ramazan bayramı may ayının 24-də qeyd ediləcək. Bayramdan bir gün öncə isə evdən fitrə zəkatı çıxarılmalıdır. Bunun necə edildiyini videomuzda izləyin.

Dünya müsəlmanlarının müqəddəs Ramazan ayı Azərbaycanda aprel ayının 25-də başlayıb. On bir ayın sultanı adlandırılan ay İd-əl-Fitr bayramı ilə yekunlaşır. O, Ramazan ayının son günü qürubdan sonra başlayır və üç gün davam edir.

Günün ən gözlənilən anı: Ailə ətrafında iftar axşamı – VİDEO
© Sputnik. İlham Mustafa / Leyla Orucova / Kamilla Əliyeva

Bayramdan bir gün öncə isə hər müsəlman öz evindən ailə üzvlərinin sayına görə fitrə zəkatı çıxarmalıdır. Teoloq Hacı Adil Hüseynoğlu Sputnik Azərbaycan-a fitrənin necə çıxarılmalı olduğunu izah edib.

“Hər adam başına fitrə zəkatı ən azı üç kilo buğdanın mövcud qiymətinə bərabər olmalıdır, bu isə 1.50 manat edir və onun verilmə vaxtı da bayram namazını qılana qədərdir”, - deyə teoloq bildirib.

Buna baxmayaraq, teoloqlar iddia edir ki, özləri maddi cəhətdən çətin vəziyyətdə olan ailələr fitrə zəkatından azad edilir.

Ramazan bayramı adətən məscidlərdə bayram namazı ilə qeyd edilir, amma ölkədə karantin rejimi ilə bağlı olaraq məscidlər bu il bağlı olacaq.

92

Çexiya Müdafiə Nazirliyi marşal Konevin abidəsini Rusiyaya qaytarmaqdan imtina etdi

19
Çexiyanın Müdafiə Nazirliyi rəsmi olaraq Rusiyaya sovet marşalı İvan Konevin abidəsini qaytarmaqdan imtina edib. Daha ətraflı videomuzda.

Marşal Konevin ordusu 1945-ci ildə Praqanı faşistlərdən azad edib. Buna rəğmən, abidə sökülüb və Çexiyanın Müdafiə Nazirliyi rəsmi olaraq onu qaytarmaqdan imtina edib. Abidənin bu ilin aprel ayında Praqanın bələdiyyə orqanları tərəfindən sökülməsindən sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu öz çexiyalı həmkarlarına abidənin qaytarılması ilə bağlı xahişlə müraciət edib. Ancaq Çexiyanın Müdafiə naziri Lubomir Metnar bu məsələnin onun qurumunun səlahiyyətləri xaricində olduğunu bəyan edib.

19
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0