(1:18 / 9.51Mb / просмотров видео: 607)

Bakıda Formula 1 pərəstişkarlarını necə əyləndirirlər?

72
(Yenilənib 18:04 27.04.2018)
Artıq üçüncü ildir ki, avtoidman həvəskarları ölkə üçün unikal hadisə hesab edilən və yarışla yanaşı çox şeyin daxil edildiyi Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakıya toplaşır.

Sputnik-in obyektivləri Azərbaycan Qran-Prisi yarışının ilk günündə pərəstişkarların vaxt keçirdiyi fan zonadan görüntülər qeydə alıb. Pərəstişkarla Xəzərin sahilində yerləşən məkanda musiqi parçalarından, dadlı yeməklərdən, həmçinin azərbaycanlıların qonaqpərvərliyindən zövq alırlar.

72

Azərbaycan yollarında hərbi maşınlar: baş verir? - VİDEO

46
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

BAKI, 16 may — Sputnik. Azərbaycan Ordusunda hərbi təlimlər keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Eləcə də oxuyun: 

Döyüşə hazır olma vəziyyəti və antiterror əməliyyatı: Ordumuzda təlimlər başlayıb

Azərbaycan HHQ-nin döyüş təyyarələri, Bayraktar və digər PUA-lar səmaya qalxdı

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılışı olub

* Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən bölmələrdə olub

 

46
Teqlər:
video, rayonlar, qoşunlar, Azərbaycan Ordusu

Gənclər üçün nümunə: Yetmiş dörd yaşlı bodibilder müsabiqələri fəth edir

29
(Yenilənib 10:36 09.05.2021)
Bədən tərbiyəsi müəllimi Nikolay Çernuşkin gəncləri mükəmməl fiziki forma əldə etməyə və yarışlarda qələbələrə ruhlandırır. Daha ətraflı videomuzda.

Çernuşkinin dediyinə görə, uşaqlıqdan idmanla məşğul olub. Təqaüdə çıxmazdan əvvəl xizək sürməyə başlayıb, daha sonra qış idmanını tərk edib.

Təxminən 45 yaşından bodibildinqlə maraqlanıb və özünü tamamilə ona həsr edib.

Zamanla Nikolay müxtəlif yarışlara qatılaraq bir neçə dəfə qalib olub.

 

29

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava