(0:55 / 6.57Mb / просмотров видео: 644)

Bakı sakinləri böyük faciəyə belə reaksiya verdilər - VİDEO

682
(Yenilənib 11:58 29.03.2018)
Azərbaycanlılar Kemerovoda baş verən yanğın qurbanlarının xatirəsini yad ediblər

Bakıda Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində facəvi surətdə həlak olan insanların xatirəsi yad edilib. "Bu ağ şarları Kemerovonun "Qış albalısı" ticarət mərkəzindəki faciənin qurbanlarının xatirəsi üçün səmaya buraxırıq" — deyə Azərbaycan paytaxtının mərkəzinə toplaşan insanlar bildiriblər.

Dünən axşam sözügedən faciədə həlak olanları anmağa toplaşan şəhər sakinləri səmaya ağ şarlar buraxıblar. Analoji aksiyalar martın 28-də Rusiyanın şəhərlərində də keçirilib. Həmin tarix Kemerovonun "Qış albalısı" ticarət mərkəzində ölənlərlə bağlı Ümumrusiya matəm günü kimi qeyd olunub.

Xatırladaq ki, Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın bazar günü — martın 25-də baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub. Dəm qazından zəhərlənən 15 nəfər xəstəxanaya yerləşdirilib.

682
Teqlər:
"Qış albalısı" ticarət mərkəzi, faciə, Bakı, Kemerovo, Rusiya, yanğın
Əlaqədar
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı
Yanğın bölgəsində aksiya keçirilir, məmur sakinlər qarşısında diz çökdü - VİDEO
Dəhşətli yanğının başlama anının videosu yayıldı
Dəhşətli yanğında 53 nəfər diri-diri yanıb - İtkin düşənlər də var