Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşadan olan məcburi köçkün ailəsi öz oğlunu Moskvaya göndərir

Abunə olmaq
“Sən Supersən!” vokal müsabiqəsinin ikinci mövsümünün iştirakçısının ailəsi onun uğuruna inanır. Sputnik Novruzovlar ailəsinin qonağı olub.

NTV-nin "Sən supersən!" beynəlxalq vokal müsabiqəsinin ikinci mövsümündə Azərbaycanı Səməd Novruzov təmsil edəcək.

Ünsiyyətcil, kompüter və aktyorluq sənəti ilə maraqlanan bu oğlan Sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbində oxuyur.

Səməd bazar günləri valideynlərinin yanına gedir. Onun ailəsi — atası, anası və kiçik bacısı artıq 26 ildir ki, Bakıda yaşayır. Onlar Azərbaycanın işğal olunmuş ərazilərindəki Şuşa şəhərindən məcburi köçkün düşüblər. Oğlanın atası Əbülqasım Novruzov öz oğlunu Milli Konservatoriyanın tələbəsi kimi görmək istəyir.

"Qarabağdan olan hər kəs kimi mənim oğlum da xüsusi istedadla doğulub — onun güclü və gözəl səsi var. Onun bu yolda sonadək getməsini və həmişə uğur qazanmasını istəyirəm" — deyə ailə başçısı bildirir.

Səməd də öz növbəsində müsabiqədən ancaq qələbə gözləyir.
NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Onun iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.

"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.

Xəbər lenti
0