Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Sən supersən!": Zaqatalalı Namiq Cəbrayılov şöhrət yolunda

Abunə olmaq
Zaqataladan olan on üç yaşlı Namiq Cəbrayılov Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçərək ikinci mövsümün iştirakçısı olub. Sputnik-in bizim müsabiqə iştirakçısının həyatından bəhs edən videosuna baxın!

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu "Sən supersən!" yarışmasının ikinci mövsümünün Azərbaycandan olan iştirakçısının həyatının təfərrüatlarını açıqlayır.
Layihənin ikinci iştirakçısı Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın yetirməsi Namiq Cəbrayılovdur.

Namiq beş yaşından oxumağa başlayıb və dəfələrlə doğulduğu Qazaxıstan Respublikasının Jezkanqan şəhərinin səhnəsində çıxış edib. İki il əvvəl valideynləri Namiqi Azərbaycana gətirmək qərarına gəliblər ki, o, vətənində yaşasın və oxusun.

"Sən supersən!" beynəlxalq müsabiqəsinin yeni mövsümünün nümayişinə fevralın 10-da NTV telekanalında start veriləcək.

Xəbər lenti
0