Xatırladaq ki, yarımfinalda uğurla çıxış edən Ceyhun Ağatağıyev — Alina Denisova cütlüyü finala vəsiqə qazanıb.
"Belə iri miqyaslı layihənin iştirakçısı olmaq artıq qələbədir. Bu gün neçənci yer tutmağımız vacib deyil, yalnız ailə kimi olduğumuz insanlardan ayrılmaqdan təəssüflənirəm" — Ceyhun bildirib. NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən! Rəqslər" şousu Rusiya, MDB və Baltika ölkələrindən istedadları birləşdirərək uşaqlara öz arzularına çatmaq imkanı yaradır.
Azərbaycanı bu genişmiqyaslı layihədə 4 iştirakçı təmsil edib: Abbasqulu Səfərov, İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva.