(0:39 / 5.04Mb / просмотров видео: 456)

Xoreoqraf “Sən supersən! Rəqslər”in azərbaycanlı iştirakçılarına müraciət etdi

72
(Yenilənib 13:18 15.12.2017)
“Günay” uşaq teatr studiyasının xoreoqrafı Günəş Talıbovanın “Sən supersən!Rəqslər”in Azərbaycandan olan iştirakçıları İlkin Hüseynov və Sevinc Behbudovanın ünvanına xoş arzularını bildirdiyi videomüraciətə baxın

Dekabrın 16-da Rusiyanın NTV telekanalında valideyn himayəsindən məhrum olmuş və çətin həyat şəraitində yaşamaq məcburiyyətində qalmış uşaqların iştirak etdiyi "Sən supersən! Rəqslər" layihəsinin ikinci yarımfinal mərhələsi olacaq.

Azərbaycanı bu layihədə yarımfinal çıxışına hazırlaşan İlkin Hüseynov və Sevinc Behbudova cütlüyü təmsil edir.
İştirakçılara qələbə arzulayanlar arasında "Günay" uşaq teatr studiyasının xoreoqrafı Günəş Talıbova da var və o, özünün videomüraciətini lentə alıb.

Rəqs cütlüyü layihənin finalına çıxacaqmı? Bunu dekabrın 16-da Bakı vaxtı ilə saat 22:00-da NTV telekanalında və Sputnik portalında görmək olar.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edir.

72
Əlaqədar
Azərbaycan "Cəngi"si Rusiya efirində
İlkin və Sevinc yarımfinalın bir addımlığında
İlkin Hüseynov "Tı super! Tansı" layihəsində əvvəlki uğurlarını təkrarlamaq istəyir
Azərbaycandan olan rəqs cütlüyü qələbə dalınca Moskvaya uçdu