(1:44 / 13.53Mb / просмотров видео: 447)

Azərbaycanda qeyri-adi avtomobil

181
(Yenilənib 15:42 13.12.2017)
Masallının Türkoba kənd sakini Oqtay Rzayev də rayonun ən tanınmış avtomobil çilingəridir. Onu son illər təkcə Masallıda deyil, bütün Cənub zonasında məşhurlaşdıran isə yığdığı qeyri-adi avtomobildir

Maşın "TOT AZ" adlanır — açıqlaması Talış Oqtay Türkobalı, "AZ"-da Azərbaycanı deməkdir ".

Bu maşının gövdəsinin bütün dəmir hissələri yalnız "Mercedes" markalı avtomobillərin dam hissələrini söküb döyməklə yığdılıb. Mühərriki idman üslubunda yığılmış və gücləndirilmiş "VAZ-2109" markalı avtomobilin mühərrikidir, salonun cihaz paneli və ön fənərləri "BMW" markalı avtomobilə aiddir, diski və təkərləri "Mercedes AMG", oturacaqları isə "Toyota"ya məxsusdur. Maşının mühərriki çox güclüdür. Təxminən 170-180 at gücündədir.

Oqtay Rzayev vurğulayır ki, düzəltdiyi maşına hətta Gəncədən də müştəri çıxıb, ancaq o, satmaqdan imtina edib.

181
Əlaqədar
Masallılı usta qeyri-adi idman maşını düzəlti: “TOT AZ” 25 min manata başa gəlir