(1:34 / 12.35Mb / просмотров видео: 551)

Yeni il atəşi Bakını bürüyüb

174
(Yenilənib 22:52 01.12.2017)
Bakıdakı Fəvvarələr meydanında artıq 5-ci ənənəvi “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası açılıb. Yarmarkanın bu il ziyarətçiləri nə ilə təəccübləndirəcəyinə Sputnik-in videosunda baxa bilərsiniz.

Beşinci xeyriyyə yarmarkası olan "Soyuq əllər, isti ürək" Bakının mərkəzində — Fəvvarələr meydanında Amapola Exclusive Events-in təşkilati dəstəyi ilə Nargis Fundun rəhbərliyi altında açılıb. Ənənəyə görə, yarmarkada toplanan vəsait xeyriyyə məqsədilə sərf olunacaq.

Yarmarkada sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və yarmarkanın sponsorlarının hədiyyələri gözlənilir.

Yarmarka 15 yanvar 2017-ci ilə qədər açıq olacaq.

174
(1:04 / 7.85Mb / просмотров видео: 345)

Sputnik Azərbaycan-ın müxbirinin önündə mərmi partlayıb hadisə yerindən kadrlar

656
(Yenilənib 17:22 28.09.2020)
Bu gün Ağdam rayonunun Çıraqlı kəndinin intensiv atəşə tutulması nəticəsində dəyən ciddi ziyanları lentə almaq üçün yollanan jurnalist qrupunun önündə yolda mərmi partlayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri öz vəzifəsini icra edərkən mərmi partlayışının şahidi olub. Hadisə yerindən kadrları lentə almağa müvəffəq olan əməkdaşımız və onun həmkarları xəsarət almayıblar.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

656
(1:30 / 9.05Mb / просмотров видео: 926)

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

1767
(Yenilənib 14:48 28.09.2020)
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

Dünən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar. Sputnik Azərbaycan-ın bölgə müxbiri bütün ailə üzvlərinin tələf olduğu evdən dəhşətli kadrları lentə almağa müvəffəq olub.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1767
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

0
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

0