Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Sən Supersən! Rəqslər!”in iştirakçısını Bakıda necə qarşıladılar

Abunə olmaq
Azərbaycanlı Abbasqulu Səfərov “Sən Supersən! Rəqslər!” beynəlxalq müsabiqəsində iştirakdan sonra Bakıya qayıdıb. Yaxınları və dostlarının Abbasqulunu Bakıdakı aeroportda necə qarşıladıqlarına Sputnik Azərbaycan-ın videosunda baxın.

Heydər Əliyev Beynəlxalq Aeroportunda 11 saylı internat-məktəbin yetirməsi Abbasqulunu müəllimləri və tərbiyəçiləri səbirsizliklə gözləyiblər.

Abbasqulu Səfərov "Sən supersən! Rəqslər" müsabiqəsinin yarımfinal mərhələsinə çıxa bilməyib. O, gözləmə otağına, hər dörd münsifdən bəyənmə qazanıb keçsə də, sonradan ustadlardan heç biri onu komandasına seçməyib və Abbasqulunun layihədə iştirakı bununla bitib.

Azərbaycanı bu layihədə, həmçinin yarımfinal mərhələsinə keçmiş İlkin Hüseynov və Sevinc Behbudova cütlüyü təmsil edir.

NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən! Rəqslər" müsabiqəsi MDB və Baltikyanı ölkələrdən, valideyn himayəsindən məhrum olmuş istedadlı gənc rəqqaslara öz arzularını gerçəkləşdirməyə imkan yaradır.

Xəbər lenti
0