(2:04 / 14.13Mb / просмотров видео: 428)

Üçrəngli bayrağın şərəfinə Bakıda bayram coşqusu

212
(Yenilənib 18:13 08.11.2017)
Azərbaycanın paytaxtında Dördüncü Bayraq Festivalı keçirilir. Dövlət Bayrağı Gününün Bakıda bayram kimi necə qeyd olunduğuna Sputnik-in videosunda baxın.

Festival çərçivəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq tağımının, həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub.

 

 

212

Bakı Xan Sarayının yeraltı hamamı yer üzünə çıxır

30
(Yenilənib 17:06 05.08.2020)
Sputnik Azərbaycan Qoşa Qala darvazasının yaxınlığında yerləşən bərpa edilən hamama baş çəkib. Nəhayət yenilənmiş abidənin indi necə göründüyünü videomuzda izləyin.

2018-ci ildə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakı Xan Sarayı kompleksinin bərpa və rekonstruksiya işləri başlayıb. Kompleksin ərazisində həm də XVII əsrə aid yeraltı hamam da yerləşir. Bərpa işləri iki il ərzində bu sahənin ən tanınmış və aparıcı Avropa şirkətlərindən olan Avstriyanın “Atelier Erich Pummer GmbH” tərəfindən aparılıb.

Zamana səyahət: Bakı Xan Sarayı qonaq gözləyir
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Hamam Qoşa Qala qapısının yaxınlığında yerləşir. XIX əsrin əvvəlində Rusiya İmperiyası qoşunları tərəfindən Bakı xanlığının tutulmasından sonra kompleks yer altında qalmışdı. Yer altında bu qədər çox müddət qaldığını nəzərə alsaq, hamam, belə desək, “təbii konservasiya” edilib və buna görə də günümüzə qədər yaxşı vəziyyətdə çatıb. Hamamın yalnız günbəzləri dağılmışdı və onlar da Abşeron əhəngdaşı istifadə etməklə bərpa edilib.

Hamamın daxilində muzey fəaliyyət göstərir. Burada 17-18-ci əsrlərə aid hamam ləvazimatları, çini qablar, sikkələr nümayiş etdirilir. Hamamda bütün ərazilər – dəhlizlər, sauna və istirahət zonaları bərpa edilib. Hamamın qərb hissəsində isə qazıntılar zamanı aşkar edilmiş və radiokarbon analizi üçün Almaniyaya göndərilmiş taxta element saxlanılır. Nəticələr bu elementin 1640-cı ilə aid olduğunu göstərib. Bundan başqa, burada həm də divara həkk edilmiş küplər saxlanılır. Onlar hamamın akustikasını və su səsinin söhbətlərə mane olmamasını təmin edirdi.

Hamamın “ürəyi” olan qazanxana da tamamilə öz formasında saxlanılıb və bərpa edilib. Burada su qızdırılır və hamamçı çimmək üçün uyğun su temperaturunu qoruyub-saxlayırdı.

Bakı sakinləri və qonaqları bu yeraltı hamamı koronavirusun yayılmasının qarşısını almaq üçün təyin edilən karantin rejiminin bitməsindən sonra ziyarət edə biləcəklər.

30

Karantini saz hazırlamağa həsr edən aşıq

880
(Yenilənib 14:01 04.08.2020)
Aşıq Mətləb Sadıqov yaşadığı Tərtər rayonunda istedadlı aşıq, kamil sazbənd kimi tanınır. Son zamanlarda el şadlıqlarında çıxış edə bilmədiyinə görə bütün zamanını sazbəndliyə həsr edib. Daha ətraflı videomuzda izləyin.

Saz ustası Mətləb Sadıqov üçün ən vacib iş el havalarını yaşatmaq, sazbəndlik və aşıqlıq sənətlərini gələcək nəsillərə ötürməkdir.

“Qara” saz onun qaranlıq dünyasına işıq tutub
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Son zamanlarda bəlli səbəblərdən el şadlıqlarında çıxış edə bilmədiyi üçün bütün vaxtını yarımçıq qalan sazları sona çatdırmağa həsr edib.

Usta danışıb ki, sazlar çeşidinə görə bir neçə formada hazırlanır – cürə adlanan kiçik sazlar, orta və tavar sazlar. Ən çox saz hazırlamaq üçün tut ağacından istifadə edilir. Amma hər tut ağacından da alət hazırlamaq olmur. Mətləb usta deyir ki, şimal zonasında bitən tutlardan hazırlanan sazın səsi də tamam başqa olur.

Sazbənd danışıb ki, cavan nəsil arasında saz çalmağı öyrənmək istəyənlərin sayı az deyil. Yaşadığı Tərtər rayonunun Sıxarx qəsəbəsində 30 nəfərə qədər şagirdi var. Karantin dövründə isə usta sənətini oğluna öyrədir. Onun ən böyük arzusu isə doğulduğu Kəlbəcərə qayıdıb, sənətini orada davam etdirməkdir.

880
Manat, arxiv şəkli

Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb

0
(Yenilənib 14:11 06.08.2020)
"Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək

BAKI, 6 avqust — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Ləğv prosesində olan "Atabank" ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, "Amrahbank" ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, "NBC Bank" ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin, "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

0