Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Balaca Xumardan heyranedici rəqs

Abunə olmaq
Balaca rəqqasə kənd toylarında şərq rəqslərini, xüsusilə də hind rəqslərini məharətlə ifa edir

Xumar Süleymanovanın 6 yaşı var. Qax rayonunun Qaratala kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Xumarın valideynləri anadangəlmə əlildirlər. Ona görə də, Xumargilin ailəsini babası Yaşar Süleymanov idarə edir.

Xumar özü isə bu qayğılardan tamamilə azaddır. O, sadəcə bacardığı kimi və sevə-sevə rəqs edir. Nə ailədəki kasıblıq, nə də məktəblə bağlı qayğılar hələ onun körpə paklığına toxunmayıb. Kim bilir, bəlkə bir gün bu qız, öz istedadı və məharəti ilə bütün səhnələri fəth edəcək və Azərbaycanın fəxri olacaq.

Xəbər lenti
0