Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kastaneda Bakıda göstərdi ki, arfa təkcə qadınların ifa etdiyi alət deyil

Abunə olmaq
Bakıda Kolumbiyanın xalq melodiyasını arfada səsləndiriblər. Baku Jazz Festival 2017 çərçivəsində unikal musiqiçi Edmar Kastanedanın çıxışının necə keçdiyinə Sputnik-in videosunda baxın.

Oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb.

Həmçinin festivalın qonaqları sırasında məşhur Siminoloci (Almaniya), Kennedy Administreyşn (ABŞ) kollektivləri, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Секоу Koyat (Qvineya), Omri Mor (İsrail), Оndera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və onların musiqi qrupları olacaq.

Sputnik Azərbaycan festivalın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0