Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Həmyerlimiz maraqlı ixtiraya imza atıb

Abunə olmaq
Qazax rayon Xanlıqlar kənd sakini Tahir Qurbanov, bir neçə ildir ki, özünə məxsus pay torpağında üzüm bağı salıb. Tək olmasına baxmayaraq, etdiyi ixtiralar 1,5 ha-lıq təsərrüfatında onun köməyinə yetişir.

O, öz təsərrüfatında avtomatlaşdırılmış otbiçən və kükürdsəpəndən istifadə edir. Bağbanın maraqlı ixtiralarından biri də yetişmiş üzüm bağını quşlardan və yırtıcı heyvanlardan qorumaq üçün istifadə etdiyi səs qurğusudur.

Akkumulyator vasitəsilə işə düşən qurğunun fasilələrlə işləməsi üçün isə ona tənzimləyici rele əlavə edib. Beləliklə, hər bir dəqiqədən bir avtomatik olaraq işə düşən qurğu vasitəsilə iplər dartılır və o, müxtəlif səslər çıxarır. Bu səsdən qorxan canlılar isə sahəyə girməyə cürət eləmir.

Xəbər lenti
0