(3:03 / 22.22Mb / просмотров видео: 658)

Yeni dərs ili: məktəbliləri hansı yeniliklər gözləyir

158
(Yenilənib 20:36 20.09.2017)
Hər il Azərbaycanın orta və ali məktəblərinin qapıları on minlərlə tələbənin üzünə açılır. Bu il məktəbliləri hansı yeniliklər gözləyir?

Yeni 2017/2018-ci tədris ilində dərs prosesinin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra yeni qaydaların tətbiqi gözlənilir.

Yeniliklər nədən ibarətdir, şagirdlər və valideynlər yeni dərs ilindən nə gözləyirlər? Bu barədə Azərbaycan Multimedia Mətbuat Mərkəzində AR Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Fərzəli Qədirov, həmçinin təhsil sahəsinin ekspertləri — Nadir İsrafilov, Etibar Əliyev, Şahlar Əsgərov və Məlahət Mürşüdlü danışdılar.

158
(1:36 / 12.55Mb / просмотров видео: 143)

Tərtərdə yaşayış evləri mərmi atəşinə tutulub VİDEO

198
Ermənistan ordusunun atdığı mərmilər yaşayış evlərinə ziyan vurub. Səhər saatlarından Tərtərin kəndləri ilə yanaşı, rayon mərkəzindəki ev və həyətlərə mərmi düşüb. Daha ətraflı – videomuzda.

Mərminin düşdüyü evlər tamamilə yararsız vəziyyətdədir. Sputnik Azərbaycan-ın bölgə müxbiri Tərtər şəhərində dağılmış evləri lentə almağa müvəffəq olub.

Yerli sakinlər xəsarət alıblar, amma evlərini tərk etmək fikrində deyillər. Onlar Azərbaycan ordusuna güvənir və işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə inanırlar.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iribuynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələr, eləcə də nəqliyyat vasitələri məhv edilib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

198

“Mən kiməm?” Baş rolda “Günəş insanı” çəkilən ilk serial necə ərsəyə gəlib

42
(Yenilənib 12:47 25.09.2020)
Azərbaycanda inklüzivliyin getdikcə artdığını seyr etmək xoş təəssürat yaradır. Baş rolda Daun sindromlu aktyorun çəkildiyi ilk milli serialın çəkilişləri artıq başa çatıb. Sputnik Azərbaycan məmnuniyyətlə onun çəkiliş pavilyonuna baş çəkib. Daha ətraflı – videomuzda.

Bu yaxınlarda “Reji” prodakşn tərəfindən çəkilişi başa çatdırılan “Mən kiməm” adlı və baş rolda Daun sindromlu qeyri-peşəkar aktyorun çəkildiyi serial sentyabrın 29-da artıq tamaşaçıya təqdim ediləcək.

Bütün dünya mediasında inklüziv serial və filmlərin hazırlanması artıq heç kimi təəcübləndirmir. Amma Azərbaycan səhnə və ekranları üçün bu hələ də yenilik olaraq qalır. Çox vaxt “günəş insanları”na epizodik rollar həvalə edildiyi halda, bu serialda baş qəhrəman məhz 24 yaşlı Əli Əsgərovdur. Serial onun ətrafında hərlənir və o, bütün çəkiliş günlərində iştirak edib. Serialın quruluşçu rejissoru Rahim Hacıyev isə etiraf edib ki, bu serialın çıxması ilə bu cür insanlara qarşı mənfi və ya xoş olmayan fikir sahibləri mütləq öz nəzər nöqtələrini dəyişəcəklər.

“Düşünürəm ki, bu uşaqlar cəmiyyətimizə paklıq və sevgi bəxş edir. Biz onların nümayiş etdirdikləri sevgi və nəvazişə qadir deyilik. Çəkiliş zamanı da Əli qrupun bir hissəsi olub. Onun üçün xüsusi şərait yaradılmayıb, çünki biz onu özümüzdən fərqli görmürük. Hər şeyi bizimlə birgə edib. Onunla işləmək hər kəs üçün olduqca xoş və ibrət verici olub”, - deyə Hacıyev bizimlə bölüşüb.

Baş qəhrəman Əli ilə söhbətimiz əsnasında isə məlum olub ki, filmdə çəkilmək onun üçün ən həyəcanlı məqamlardan biri olub. Və o, mütləq yenidən kinoda çəkilmək istədiyini deyib.

Tamaşaçılar serialın treyleri ilə tanış olmaq imkanı əldə edib. Biz isə onun ilk seriyasını səbirsizliklə gözləyirik.

42
ABŞ Dövlət Departamenti

ABŞ da Qarabağa görə dilləndi

0
Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda eskalasiyadan narahat olduqlarını bildirərək tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa dəvət edib.  

Dövlət Departamentinin məlumatında o da bildirilir ki, münaqişədə üçüncü ölkələrin iştirakı regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

ABŞ Yerevan və Bakını Dağlıq Qarabağda vəziyyəti daha da pisləşdirə biləcək hərbi ritorika və əməliyyatlardan çəkinməyə çağırıb.

Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
Dövlət Departamenti, ABŞ, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür