Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şirin dil ilanı yuvasından belə çıxarır

Abunə olmaq
55 yaşlı Mirhəsən Abıyev Ağdamın Quzanlı qəsəbəsində yaşayır. Nə qədər qəribə səslənsə də uşaqlıqdan ilan saxlamağa marağı olub.

Həmyaşıdları köpək bəsləyəndə o günlərini ilanlarla oynamaqla keçirib. Sputnik Azərbaycana danışan Mirhəsən Abıyev deyir ki, yaşca ondan böyüklər ilanlardan qorxub qaçanda o bu qorxunun səbəbini anlamayıb.

Uzun illərdir ilanlarla dostluq edən Mirhəsən Abıyev təcrübələrinə əsasən bu qənaətə gəlib ki, dünyadakı bütün canlılar bir-birinə ziyan vermədən birlikdə, hətta bir damın altında belə yaşaya bilərlər, yetər ki, niyyətiniz xoş olsun. "Şirin dil ilanı belə yuvasından çıxarar" misalında olduğu kimi. 

Xəbər lenti
0