(1:22 / 9.89Mb / просмотров видео: 628)

Azərbaycanda “Qurban bayramı”: qurban kəsmək ritualı

852
(Yenilənib 23:54 09.09.2017)
Bu gün bütün dünya müsəlmanları Qurban bayramını qeyd edirlər. Sputnik-in İslam bayramı ilə bağlı olan ənənəvi ritual barədə videosuna baxın.

Hər bir dindar Bakı məscidlərində bayram namazı qılandan sonra sədəqə verməlidir. Ənənəyə uyğun olaraq, bu gün pul, geyim və ya qida ilə paylaşırlar. Bundan əlavə, dindarlar qurban kəsmək üçün heyvan alırlar. Qurban kimi inək, dəvə kəsmək olar. Amma çox vaxt qoyuna üstünlük verilir.

Ənənəyə uyğun olaraq, müsəlmanlar özlərinə və ailələrinə çox az ət saxlayırlar, qalan hissəsini isə kasıblara paylayırlar.

852
Əlaqədar
Qurbanlıq heyvanların satış və kəsim qiyməti açıqlandı

ABŞ Rusiya Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir

18
(Yenilənib 14:24 10.07.2020)
ABŞ-ın dövlət katibi əmindir ki, Rusiya və Çini BMT-də veto hüququndan sui-istifadə etdiyinə görə cəzalandırmaq lazımdır. Bundan öncə ölkələr Suriyaya humanitar yardım üzrə qətnaməni bloklamışdı.

Belçika və Almaniya Türkiyə və Suriya Ərəb Respublikası arasında sərhəddə iki nəzarət-buraxılış məntəqəsini saxlamağı təklif etdiyi halda, Moskva və Pekin bununla razılaşmayıb. Rusiya isə öz qətnamə layihəsini təklif edib. Bu vəziyyətdə amerikalıların nə üçün narazı qaldıqlarını isə videomuzda izləyin.

18

Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası

1891
(Yenilənib 15:36 09.07.2020)
Azərbaycanda ilk dəfə cır mərsin yetişdirilməyə başlanıb. Bunun neçə ilə ərsəyə gəldiyini, ölkəmiz üçün qeyri-adi olan bu giləmeyvənin necə göründüyünü videomuzda izləyin.

Bakı şəhər sakini İlyas Əhmədov Azərbaycanda, demək olar ki, heç kimin dadına baxmadığı giləmeyvə yetişdirmək qərarına gəlib. İlk plantasiyanı Siyəzən rayonunda salan Əhmədov ilk üç ili ədəbiyyatı tədqiq etməyə və müxtəlif cür sortlarla sınaq aparmağa sərf edib.

“Azərbaycan iqlimi və suyu ilə hansı çeşidlərin yetişəcəyi bəlli olmadığına görə ilk iki ildə iki hektar ərazidə 11 müxtəlif çeşid əkdik. Və gördüyünüz kimi, bu il biz artıq ilk meyvələri yığmağa başladıq”, - deyə plantasiya sahibi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Bitki üçün bütün gərəkli materiallar – torpaqdan tutmuş avadanlığa qədər Latın Amerikası ölkələrindən gətirilib. Plantasiya işçilərinin "mavigilə" adlandırdığı ilk meyvə hal-hazırda Bakı bazarlarına göndərilib və 125 qramı 2 manat 90 qəpiyə təklif edilir. Əhmədov özü etiraf edir ki, alıcılar ilk öncə meyvəni tanımadığı və qiymətin yüksək olduğunu deyiblər. Amma bunun da öz səbəbləri var.

“Bu, olduqca “şıltaq” bitkidir və çətin ərsəyə gəlir. Bir kilo bitkidən birinci ildə maksimum 300-400 qram yığmaq olar. Bu giləmeyvənin əziyyəti də çoxdur. Bütün işlər əl ilə görülür. Meyvə azot sevmədiyi üçün yetişdirilməsində heç bir gübrədən istifadə edilmir. Tamamilə orqanikdir”, - deyə plantasiya sahibi açıqlayıb.

Giləmeyvə xərçəng, şəkər və göz xəstəliklərinin müalicəsində istifadə edilir. Tərkibində digər giləmeyvələrlə müqayisədə antioksidant daha çoxdur.

Hal-hazırda isə plantasiyada 25-ə yaxın insan çalışır. Əhmədov gələcəkdə bazar qiymətini aşağı salmaq və giləmeyvəni bir deyil, üç mövsümdə təklif etmək üçün 10 hektar torpaqda cır mərsin əkməyə başlayıb. Gələcəkdə isə Azərbaycan üçün qeyri-adi olan digər giləmeyvələri yetişdirməyi planlaşdırır.

1891
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0