(2:41 / 20.49Mb / просмотров видео: 584)

Azərbaycandan olan rəqs cütlüyü qələbə dalınca Moskvaya uçdu

58
(Yenilənib 15:00 08.09.2017)
Tanış olun, İlkin Hüseynov və Sevinc Behbudova. Оnlar, sentyabrın 2-də Moskvada start götürəcək “Tı super! Tansı” Beynəlxalq rəqs müsabiqəsinin iştirakçılarıdır.

Bakıdakı 1 nömrəli uşaq evinin yetirmələri lap uşaqlıqdan rəqs edirlər. İlkin Hüseynov rəqslə professional şəkildə altı yaşından, Sevinc Behbudova isə iki ildir məşğul olur. Uşaqlara ən kiçik yaşlarından rəqslərin əlifbasını öyrədən xoreoqraf Nazim Abdullayev Sputnik-ə deyir ki, cütlük uşaq evinin ən istedadlı rəqs cütlüyündən biridir.

Şou iştirakçısı olan İlkin və Sevinc bizimlə söhbət zamanı bir ağızdan bəyan etdilər ki, çıxışa hazırdırlar və ancaq qələbəyə can atırlar.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

58
Əlaqədar
"Tı super! Tansı"nın iştirakçısı azərbaycanlılara salam deyir
"Tı super! Tansı" iştirakçısından videomüraciət
İlkin Hüseynov "Tı super! Tansı" layihəsində əvvəlki uğurlarını təkrarlamaq istəyir