(2:29 / 19.72Mb / просмотров видео: 629)

Tarixi körpünün indiki halı

95
(Yenilənib 10:03 07.09.2017)
Sputnik Azərbaycanın-ın məlumatına görə, Bərdə və Tərtərdən keçərək Ağdama çatan dəmir yolu həm də Qarabağın ilk dəmir yolu kimi tarixə düşür.

Tikinti işlərində ən vacib mərhələ isə Tərtər çayı üzərində körpünün inşası idi. Belə ki, yaz və payız daşqınları zamanı Tərtər çayı üzərində olan bütün hidrotexniki qurğuları sıradan çıxarır, daşqınların davam etdiyi müddətdə, günlərlə çayı keçmək mümkün olmurdu. Buna görə də inşa olunacaq körpü daşqınlara davam gətirməli idi.

Tərtər rayon Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Aybəniz Məmmədovanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, tikintidə yerli əhali də yaxından iştirak edib. Bölgənin nəqliyyat problemini həll edən vacib qurğuya yerli əhali "Kukuşka körpüsü" adını verir.

95