(1:44 / 12.08Mb / просмотров видео: 311)

Valideynlərə xəbərdarlıq: "Övladlarınızı fırıldaqçılardan qoruyun"

963
Bakıdakı məktəbli yarmarkalarında Çin istehsalı olan çoxsaylı saxta məhsullara rast gəlinir. Bunu nəzərə alan Sputnik əməkdaşları əsl məktəbli formasının istehsal edildiyi sexə gələrək, orijinal formaların qiyməti və keyfiyyəti barədə maraqlı məlumatlar əldə etdilər.

BAKI, 22 avqust — Sputnik. Ötən ildə olduğu kimi bu il də məktəbli formalarının qiyməti dəyişməz qalıb: 1-6-cı sinif uşaqları üçün 40 manat, 7-11-ci sinif uşaqları üçün 46 manat. Bakı tikiş evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimovun Sputnik Azərbaycana verdiyi məlumata görə, bu gün məktəbli yarmarkalarında BTE brendi altında Çin istehsalı olan saxta məktəbli formalarına da rast gəlinir.

"Ticarətçilər bizim brend və loqonu istifadə edərək, keyfiyyətsiz, lakin qiymətcə ucuz məhsulları satışa buraxır. Amma onların məhsulları öz formasını tez itirir və tiftiklənməyə başlayır. Bizim məhsulla Çin istehsalı arasındakı məhsulun qiymət fərqi 5 manat olsa da, valideynlərə tam əminliklə aldanmamağı çağırırıq. 5 manata görə uşaqlarınızın sağlamlığını risqə atmayın", deyə Etibar Əzimov vurğulayır.

Əzimovun sözlərinə görə, BTE-nin istehsal etdiyi məktəbli formalarının parçası Türkiyədə istehsal edilir və Avropa laboratoriyasından sertifikatı var. Bundan əlavə Standartlaşdırma, metrologiya və patent dövlət komitəsindən bu məhsulun məhz BTE tərəfindən istehsal olunması hüququmuzu təsdiq edən sertifikat da alınıb.

Məktəbli forması
Karikatura
Məktəbli forması

Xatırladaq ki, istehsal müəssisəsinin (012) 597 45 39 qaynar xətti fəaliyyət göstərir ki, bu nömrəni yığmaqla BTE-nin məhsulları, qiyməti və mağazaları barədə bütün məlumatları almaq mümkündür.

963
Teqlər:
məktəbli forması, "Bakı Tikiş Evi" (BTE) ASC, valideyn, uşaq
Əlaqədar
Uşaqlarımız üçün məktəb formasını nədən və necə tikirlər
Ekspert: “Azərbaycanda məktəbəqədər təhsilə maraq azdır”
Dövlət qurumu uşaqlarını məktəbə qoymaq istəyən valideynlərə müraciət etdi
Peşə məktəbindəki yeyintiyə görə cinayət işi başlanıb