Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Tı super! Tansı" iştirakçısından videomüraciət

Abunə olmaq
"Tı super! Tansı"-nın azərbaycanlı iştirakçısı Abbasqulu Səfərovun dəstəyə görə hamıya təşəkkür etdiyi videomüraciətini izləyin.

Səfərov böyük səhnədə ilk çıxışına hazırlaşır və öz qüvvəsinə inanır.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

"Tı super! Tansı" ("Sən supersən! Rəqslər") öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərilə tanış olmaq imkanıdır. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir, uşaqlara ən çox arzuladıqları şeyi həyata keçirmək şansını hədiyyə edir.

Xəbər lenti
0