(3:24 / 23.88Mb / просмотров видео: 202)

Bakılıları istidən çay meyvə xilas edəcək

97
(Yenilənib 16:02 09.08.2017)
Bakıda artıq neçə gündür ki, dözülməz isti hava şəraiti var. Sputnik sakinlərin dəhşətli istilərlə necə mübarizə apardıqlarını öyrənmək üçün sorğu keçirib.

Hava temperaturunun iqlim normasından yüksək olmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun bunun adi hal olduğunu və təəccüblənmək lazım olmadığını bildirib.

97

Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb

21
(Yenilənib 16:16 04.08.2021)
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar həyata keçirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.

Həmçinin, Astara şəhərində fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada baş vermiş yanğın söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

21

Sapbord sürən koker-spaniel sosial şəbəkənin ulduzuna dönüb

10
(Yenilənib 18:05 03.08.2021)
Çelyabinskdə Amerika koker-spaniel cinsindən olan it sapbord sürməklə hamını heyran edib. O, su gəzintisinə sahibi ilə birlikdə çıxır. Qeyri-adi komandanın məşqini videoda izləyin.

Muxa (Milçək) ləqəbli koker-spaniel lövhədən ayrı qalmır. Onun sahibi Vitali Tarasov üç il əvvəl sapbordinqlə maraqlanmağa başlayıb. 2015-ci ildə paraşütlə tullanan zaman zədə alan kişi uzun bərpa müddəti keçib, lakin idmandan imtina etməyib.

Böyük fasilədən sonra Vitali itini də özüylə su gəzintisinə aparıb, yeni hobbi tezliklə Muxanın da xoşuna gəlib.

Bu əyləncəni köpək o qədər bəyənib ki, hətta sahibi ilə birlikdə Ural Kayak yarışında da iştirak edib.

 

10
Здание Администрации президента Азербайджанской Республики

Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub

0
(Yenilənib 19:30 04.08.2021)
Bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

BAKI, 4 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun:

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

0