(2:06 / 14.81Mb / просмотров видео: 394)

ATƏT-in Minsk Qrupu həmsədrləri üçün 2016-cı il aprel hadisələrindən sonrakı mühit

79
(Yenilənib 17:39 10.07.2017)
Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində ATƏT-in Minsk Qrupu həmsədrləri üçün 2016-cı il aprel hadisələrindən sonrakı mühit müzakirə edilib

2016-cı il aprel hadisələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hərbi-siyasi baxımdan növbəti mərhələyə keçid kimi qəbul olunur. İyulun 4-də Ermənistan hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndində biri 2 yaşlı uşaq olmaqla mülki şəxsləri qətlə yetirməsi münaqişənin tənzimlənməsi ilə məşğul olan qurumları hədəfə çevirib.

Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu həmsədrlik institutu ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.

Bugünkü tədbirdə ekspertlər "2016-cı il aprel ayından sonra danışıqlar prosesi", "ATƏT-in Minsk Qrupu Ermənistanda və Azərbaycanda, Dağlıq Qarabağ münaqişə zonasında", "ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolu cəmiyyətdə və mətbuatda necə qəbul olunur" mövzularında maraqlı mülahizələrini bölüşüblər.

79

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

10
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

10
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel

BMT Təhlükəsizlik Şurasını genişləndirmək istəyirlər: Sülhü qorumaq üçün dəyişməlidir?

13
(Yenilənib 12:11 24.09.2020)
BMT ölkələrinin liderləri təşkilatı yeniləmək fikrinə düşüblər. Baş Məclisin yubiley icrası ərzində islahatlar haqqında bir yox, bir neçə təklif irəli sürülüb.

Bu il Birləşmiş Millətlər Təşkilatı 75 illiyini qeyd edir. İştirakçı ölkələr dəyişikliklərə ehtiyac duyulduğuna qərar verib. Dünya dəyişib, struktur isə köhnəlib.

Digər tərəfdən, bu məhz elə haldır ki, burada dəyişikliklər müsbət nəticə verməyə də bilər. Məsələn, Vladimir Putin veto hüququnun saxlanılmasını təklif edib. Dünyada stabilliyin saxlanması üçün bunun nəyə görə vacib olduğunu videomuzda izləyin.

13
Teqlər:
dünya, liderlər, dəyişiklikər, BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, BMT
MDU, arxiv şəkli

Rusiyada oxumağa gedənlərə müjdə: kvota iki dəfə artırılacaq təqaüdlər gözlənilir

0
(Yenilənib 18:37 24.09.2020)
Rusiyanın "Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov hesab edir ki, yaxın xaric və Baltikyanı ölkələrdən olan abituriyentlərə Rusiya universitetlərində pulsuz yerlərin verilməsi formatı islah olunmalıdır.

BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.

“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.

"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.

O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".

"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.

O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.

“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.

O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.

Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.

 

0
Teqlər:
Rossotrudniçestvo, Yevgeni Primakov