Sputnik-ə müsahibəsində Cavid Çələbiyev etiraf edib ki, qızıl medal ona yox, bütün xalqa məxsusdur və əgər onu azarkeşlər və yaxınları dəstəkləməsydilər, qalib gələ bilməzdi.
Müdafiə Nazirliyi Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb. Baş Qərvənd kəndi Xaçın çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.
Keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınıb. Kəbirli tayfasının bir qolunun adıdır. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin bu kənddən çəkdiyi ən son görüntüləri təqdim edir.
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndindən yeni çəkilmiş videogörüntüləri yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Ulaşlı kəndi Bərgüşad çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınıb. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunub.
XII əsrədək Volqa çayının sahilində bulqarlan Hulaş şəhəri olub. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəliblər. Keçmiş Borçalı qəzasında (Gürcüstan) Hulaş (Kulaş), Dağıstanda Ulaşlı kəndi, Ermənistan (XVII osr) və Qazaxıstan ərazilərində Kulaş yaşayış məntəqələrinin adları hulaşlann adı ilə bağlı olub.
Qubadlı rayonunun Ulaşlı kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.
Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.
143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.
Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.
Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.
Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.