Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ukraynada döyüşmüş azərbaycanlının xatirələri

Abunə olmaq
"Hələ o vaxt belə də söz gəzirdi ki, Hitler deyib ayaqqabımı bir dəfə Berlində, ikinci dəfə Moskvada siləcəm" – deyə Böyük Vətən müharibəsi veteranı Hümbət Sadıqov bildirir.

Sovet İttifaqında elan edilən ümumi səfərbərlik o vaxt 19 yaşı olan Hümbət Sadıqovu doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndindən uzaq Ukrayna cəbhəsinə aparıb çıxarır. 1941-ci ildən 77-ci dağ atıcı diviziyanın tərkibində alman faşistlərinə qarşı döyüşür.

95 yaşlı müharibə veteranı deyir ki, almanlar sovet ordusunun müqavimətini qırmaq üçün təkcə hərbi gücdən deyil, həmçinin psixoloji vasitələrdən də istifadə edirdi.

Sadıqov Ağdam rayonunda — cəbhə xəttinə yaxınlığında yaşayan son Böyük Vətən Müharibəsi iştirakçısıdır.

Xəbər lenti
0