Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Sən supersən”in iştirakçısından videomüraciət

Abunə olmaq
“Sən supersən” şousunun Azərbaycandan olan iştirakçısı Xoşqədəm Mehdiyeva layihədə iştirakını davam etdirir və bu şənbə günü, aprelin 29-da keçiriləcək ikinci tura hazırlaşır

Şounun Azərbaycandan olan ilk iştirakçısı, artıq layihəni tərk etmiş Pərvanə Alcanova Sputnik Azərbaycan-dakı videomüraciətində layihənin digər iştirakçısı Xoşqədəmi xoş sözlərlə dəstəkləyib və ona uğurlar arzulayıb.

Azərbaycanlı iştirakçı Xoşqədəm Mehdiyevanın "Sən supersən" müsabiqəsinin finalına çıxıb-çıxmayacağını şənbə günü, Bakı vaxtı ilə saat 21.00-da Rusiyanın NTV kanalının, həmçinin MDB və Baltikyanı ölkələrin gündəlik rejimdə işləyən Sputnik portallarının canlı yayımından izləyə bilərsiniz.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.

Xəbər lenti
0