(3:59 / 25.40Mb / просмотров видео: 362)

Atəş xətti: azərbaycanlılar güllə yağışı altında necə yaşayırlar

141
Cəbhə xəttindən 10 km aralıda yerləşən Ağdam və Tərtər rayonlarının sakinləri doğma torpaqlarda sülhün bərqərar olacağına ümidlərini itirmirlər

Azərbaycanın cəbhə bölgəsindəki kəndlərinə Sputnik-in videosunda baxın. Son 23 il ərzində ən irimiqyaslı hərbi əməliyyatların baş verdiyi ötən ilin aprel döyüşlər istisna olmaqla, Ağdam və Tərtər rayonlarında hərbi vəziyyət bu günə qədər sabit olaraq qalır.

Kənd sakinləri Qarabağ münaqişəsində ötən ilin 2-5 aprel tarixlərində baş verən gərginliyi göz yaşları ilə xatırlayırlar. O zaman Tərtər və Ağdam atəşə məruz qalmışdı.

141
Əlaqədar
Kəlbəcərin işğalının 24 ili tamam olur

Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi bu gün necə görünür - VİDEO

6
(Yenilənib 17:51 22.01.2021)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin bugünkü vəziyyəti necədir? Sputnik Azərbaycan kəndin bu gününü əks etdirən videomaterialı təqdim edir.

Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən çəkilmiş videoreportaj yayımlayıb. Sputnik Azərbaycan həmin reportajı təqdim edir. 

6

“Rus dili olimpiadasına bu qədər şagirdin qatıldığı başqa ölkə tanımıram” İrek Zinnurov

26
(Yenilənib 17:01 22.01.2021)
Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – yeni rəhbəri İrek Zinnurov artıq öz işinə başlayıb. Pandemiya müddətində mərkəzin əsas fəaliyyət hədəfləri barədə – videomuzda.

Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.

"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

26
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

0
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0