Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Onun bacarmadığı sənət yoxdur

Abunə olmaq
Onun, demək olar ki, həyatda bacarmadığı sənət yoxdur. Dülgərlikdən tutmuş bənnalığa, rəngsazlıqdan başlamış oymaçılığa kimi bütün sahələrdə özünü sınayıb.

Artıq 30 ildir ki, Tovuz rayon sakini Tahir Qasımov yandırma və kəsmə üsulu ilə taxtadan müxtəlif suvenirlər hazırlayır. Onun düzəltdiyi nərdtaxtalar Tovuzda adla deyilir.

Sənətkar nərdtaxtaların qiymətinin 40 manatdan 400 manata kimi olduğunu deyir. Ustanın sözlərinə görə, satışda bundan iki dəfə ucuz qiymətə nərtaxta tapmaq mümkündür, lakin onun hazırladığı nərdtaxtalar daha dözümlüdür.

Xüsusi zövqlə işlənmiş, üzərində Şah İsmayıl Xətainin, Nizaminin rəsmləri həkk edilmiş nərdtaxtalara isə əsl sənət əsəri demək olar. Usta satışla bağlı isə çətinliyinin olduğunu gizlətmir. Lakin buna görə sənətkar ruhdan düşmür.

Xəbər lenti
0