(1:53 / 11.64Mb / просмотров видео: 404)

Azərbaycanlı ustaların əlləri yüzillik texnologiya ilə xalça toxuyur

225
(Yenilənib 13:54 29.03.2017)
Xalçaçılıq Azərbaycanın unudulmaz sənətkarlıq növlərindən biridir və ona Xəzər dənizinin sahilində, Azərbaycan Xalça Muzeyində həyat verilir. Ustaların öz işlərini necə qiymətləndirməsinə Sputnik Azərbaycan-ın videosunda baxın.

Zahiri sadəliyinə baxmayaraq, xalça toxuyan qadınların işi o qədər də asan deyil. Nümunə əsasında hər bir naxışı müvafiq rənglərə uyğun olaraq, özü də gözəyarı toxumaq sizə asan görünməsin.

Xalça ustası Adilə Fərəcovanın sözlərinə görə, xalça muzeyində qədim texnologiyadan istifadə edilir. Onlar Azərbaycan ərazilərində yüz illər əvvəl toxunmuş xalçaların analoqunu yaradırlar.

225
Əlaqədar
"Uçan" xalça Azərbaycana qayıdıb
Xalça Muzeyində "Ailə günü"

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

9
(Yenilənib 10:12 22.04.2021)
Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

BAKI, 22 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur.

Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

9
Teqlər:
video, raket, hərbi təlimlər, Azərbaycan Ordusu

Müdafiə Nazirliyi Baş Qərvənd kəndinin ən son görüntülərini təqdim edib

11
(Yenilənib 18:46 21.04.2021)
Kəndin keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır.

Müdafiə Nazirliyi Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb. Baş Qərvənd kəndi Xaçın çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.

Keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınıb. Kəbirli tayfasının bir qolunun adıdır. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin bu kənddən çəkdiyi ən son görüntüləri təqdim edir.

11
Rusiyada vaksinasiya, arxiv şəkli

Vaksinasiya prosesində yanlışlığa görə iki həkim işdən çıxarıldı

0
(Yenilənib 15:05 22.04.2021)
Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

BAKI, 22 aprel — Sputnik. "Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

0
Teqlər:
işdən qovulma, həkim, vaksinasiya, vaksin