(1:37 / 11.37Mb / просмотров видео: 675)

Novruz sovqatlarının qiyməti 25% bahalaşıb

57
(Yenilənib 17:40 17.03.2017)
Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində bayram öncəsi istehlak qiymətləri məsələsi müzakirə olunub. Sputnik Azərbaycan-ın videosunda qida məhsullarının qiymətlərinin nə qədər artdığına baxın.

Hər il olduğu kimi bu il də Novruz öncəsi insanlar bayrama hazırlıq görürlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ötən ilin analoji dövrü ilə müqayisədə qiymətlərin 20-25% artdığını bildirib.

57
Mövzu:
Azərbaycanda Novruz bayramı (11)

Karantini saz hazırlamağa həsr edən aşıq

859
(Yenilənib 14:01 04.08.2020)
Aşıq Mətləb Sadıqov yaşadığı Tərtər rayonunda istedadlı aşıq, kamil sazbənd kimi tanınır. Son zamanlarda el şadlıqlarında çıxış edə bilmədiyinə görə bütün zamanını sazbəndliyə həsr edib. Daha ətraflı videomuzda izləyin.

Saz ustası Mətləb Sadıqov üçün ən vacib iş el havalarını yaşatmaq, sazbəndlik və aşıqlıq sənətlərini gələcək nəsillərə ötürməkdir.

“Qara” saz onun qaranlıq dünyasına işıq tutub
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Son zamanlarda bəlli səbəblərdən el şadlıqlarında çıxış edə bilmədiyi üçün bütün vaxtını yarımçıq qalan sazları sona çatdırmağa həsr edib.

Usta danışıb ki, sazlar çeşidinə görə bir neçə formada hazırlanır – cürə adlanan kiçik sazlar, orta və tavar sazlar. Ən çox saz hazırlamaq üçün tut ağacından istifadə edilir. Amma hər tut ağacından da alət hazırlamaq olmur. Mətləb usta deyir ki, şimal zonasında bitən tutlardan hazırlanan sazın səsi də tamam başqa olur.

Sazbənd danışıb ki, cavan nəsil arasında saz çalmağı öyrənmək istəyənlərin sayı az deyil. Yaşadığı Tərtər rayonunun Sıxarx qəsəbəsində 30 nəfərə qədər şagirdi var. Karantin dövründə isə usta sənətini oğluna öyrədir. Onun ən böyük arzusu isə doğulduğu Kəlbəcərə qayıdıb, sənətini orada davam etdirməkdir.

859

Soxulcan zülallı kekslər: Gələcəyin yeməyi beləmi görünür?

521
(Yenilənib 11:55 03.08.2020)
Latviya alimləri qeyri-adi keks reseptini işləyib hazırlayıblar. Soxulcanlı şirniyyatın necə göründüyünü isə videomuzda izləyin.

Ənənəvi inqrediyentlərə Latviya alimləri soxulcanlardan alınmış zülal əlavə ediblər.

“Bir alim kimi, bu soxulcanların zülal mənbəyi kimi qida məhsullarında istifadə edilə biləcəyi mənim üçün çox maraqlı gəldi”, - deyə Latviya Kənd Təsərrüfatı İnstitutunun dosenti İlqa Qedrovitsa bizə danışıb.

Bir çox ölkənin sakinləri artıq çoxdan həşərat və müxtəlif qurd növlərinə yemək kimi baxırlar. Onlar bunları “ənənəvi” ətin alternativi kimi görürlər. Riqalı alimlərin işi sayəsində bu alternativlərin siyahısı arta bilər. 

521
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

0
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

0