(2:28 / 16.77Mb / просмотров видео: 404)

Təhlükə altında qeyd olunan bayram

72
(Yenilənib 12:43 15.03.2017)
Cəbhə xəttində yaşamalarına baxmayaraq, insanlar bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar

Ömrünün 50-ci novruzunu qarşılayan Əhməd Əhmədov deyir ki, son çərşənbənin adındakı torpaq kəliməsi də torpağın oyanışı, təsərrüfat işlərinin canlanması ilə bağlıdır. Yaşadığı Ağdam rayonunun Çəmənli kəndi təmas xəttinə yaxın yerləşsə də, Ə. Əhmədovun ailəsi çərşənbəni xüsusi qeyd etməkdən çəkinməyib.

Ənənəyə görə, hava qaralandan sonra ailə üzvüləri tonqalın üzərindən tullanır. Bununla da köhnə ilin ağırlığını, dərd-sərini üzərindən atılıb tonqalda yandırdıqlarına inanırlar.

72
Əlaqədar
Ön cəbhədə bayram: bütün təhlükələrə rəğmən...
(1:04 / 7.85Mb / просмотров видео: 383)

Sputnik Azərbaycan-ın müxbirinin önündə mərmi partlayıb hadisə yerindən kadrlar

708
(Yenilənib 17:22 28.09.2020)
Bu gün Ağdam rayonunun Çıraqlı kəndinin intensiv atəşə tutulması nəticəsində dəyən ciddi ziyanları lentə almaq üçün yollanan jurnalist qrupunun önündə yolda mərmi partlayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri öz vəzifəsini icra edərkən mərmi partlayışının şahidi olub. Hadisə yerindən kadrları lentə almağa müvəffəq olan əməkdaşımız və onun həmkarları xəsarət almayıblar.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

708
(1:30 / 9.05Mb / просмотров видео: 939)

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

1806
(Yenilənib 14:48 28.09.2020)
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

Dünən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar. Sputnik Azərbaycan-ın bölgə müxbiri bütün ailə üzvlərinin tələf olduğu evdən dəhşətli kadrları lentə almağa müvəffəq olub.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1806
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0