(4:37 / 34.61Mb / просмотров видео: 456)

Cəbiş müəllim Qarabağın son şahzadəsi barədə

1629
(Yenilənib 12:20 01.03.2017)
Sonuncu Qarabağ xanı Mehdiqulunun qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını verib.

Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün оnu sarayda "Dürrü yeкta" (Təк inci), el arasında isə "Xan qızı" çağırıblar.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndiriblər.

Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.

Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Xan qızı Şuşada “Məclisi-ün” (dostluq, ülfət məclisi) yaradaraq onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. 

Xurşidbanu Azərbaycan tarixində lirik şair və rəssam kimi şöhrət tapmayıb. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır.

1629
Mövzu:
Cəbiş müəllim təqdim edir (18)
Əlaqədar
Cəbiş müəllim Dövlət Bayrağı Günündən danışır
Cəbiş müəllim Azərbaycanın Dövlət Müstəqilliyi günündən danışır
Cəbiş müəllim "QKÇP" dövründə Azərbaycandakı vəziyyət barədə danışır

Şuşa ilə bağlı daha bir yeni video yayıldı

15
(Yenilənib 18:36 08.05.2021)
Müdafiə Nazirliyi "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı sənədli film hazırlayaraq təqdim edib.

Müdafiə Nazirliyi tərəfindən "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı sənədli film hazırlanıb.

Sputnik Azərbaycan filmi əsərini təqdim edir.

Qeyd edək ki, Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. 8 noyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

15

Əziz Şuşa, sən azadsan! İşğaldan qurtulmuş şəhərə həsr olunmuş video

9
8 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev şəhərin erməni işğaldan azad olunduğunu elan etdi.

Azərbaycanın mədəni-tarixi mərkəzi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdu. İyirmi səkkiz ildən çox idi ki, hər il mayın 8-də Şuşa şəhərinin işğal tarixini ürək ağırsı ilə yada salırdıq

Nəhayət, 8 noyabr 2020-ci il tarixində hamının gözlədiyi o gün gəldi, Azərbaycan Respublikasının Prezidenti, ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev şəhərin erməni işğaldan azad olunduğunu elan etdi.

Erməni vandallarının törətdiyi vəhşiliklərdən sonra bərpasına başlanılan Şuşa şəhəri 2021-ci ilin may ayının 7-də Azərbaycanın mədəniyyət paytaxtı elan olundu.

Gəlin, işğaldan azad olunandan sonra şəhərə ilk Azərbaycan əsgərinin ayaq basdığı günləri bir daha yada salaq.

İndi azad Şuşa belə görünür.

9
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0