(3:42 / 23.12Mb / просмотров видео: 401)

Dilbaz atları Qazax rayonunun simvollarından biridir

540
(Yenilənib 13:14 22.02.2017)
Günümüzdə 260 at cinsi var ki, onlardan ikisi Azərbaycanın adı ilə bağlıdır. Bunlar dünyaca məşhur Qarabağ və Qazax Dilbaz atlarıdır.

Dilbaz atlarının meydana gəlməsi bir çox mənbələrdə Qazaxın Dilbazilər nəslinin adı ilə əlaqələndirilir. 300 il ərzində bu atların seleksiya yolu ilə inkişafını məhz bu nəsil həyata keçirib. Xalq arasında isə Dilbazların Nadir şahın Haçadil atlarının nəslindən olduğu haqda rəvayətlər dolaşır.

Süvari atları olan Dilbazlar davamlı gücü və dözümlülüyü baxımından bir çox at cinsini geridə qoyur. Dilbazlar bir gündə belində 115-130 kq yüklə 45-55 km, atlı ilə isə 70 km yol qət etmək bacarığına malikdir.

540
Əlaqədar
Nadir şahın yadigarı Ağstafada qorunur

Soxulcan zülallı kekslər: Gələcəyin yeməyi beləmi görünür?

516
(Yenilənib 11:55 03.08.2020)
Latviya alimləri qeyri-adi keks reseptini işləyib hazırlayıblar. Soxulcanlı şirniyyatın necə göründüyünü isə videomuzda izləyin.

Ənənəvi inqrediyentlərə Latviya alimləri soxulcanlardan alınmış zülal əlavə ediblər.

“Bir alim kimi, bu soxulcanların zülal mənbəyi kimi qida məhsullarında istifadə edilə biləcəyi mənim üçün çox maraqlı gəldi”, - deyə Latviya Kənd Təsərrüfatı İnstitutunun dosenti İlqa Qedrovitsa bizə danışıb.

Bir çox ölkənin sakinləri artıq çoxdan həşərat və müxtəlif qurd növlərinə yemək kimi baxırlar. Onlar bunları “ənənəvi” ətin alternativi kimi görürlər. Riqalı alimlərin işi sayəsində bu alternativlərin siyahısı arta bilər. 

516

Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz "Arzu-1"miz

5574
(Yenilənib 16:11 31.07.2020)
Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov müxtəlif maşın hissələrindən yeni avtomobil yaratmağa müvəffəq olub. Onun bunu necə etdiyini və maşının necə göründüyünü videomuzda izləyin.

58 yaşlı Cəlil Allahyarov 38 il elektrik avadanlıqları üzrə avtomobil ustası olub. Təsərrüfatında maşın gərəkli olduğunu görəndə isə onu almaq əvəzinə sıfırdan özü yaratmaq qərarına gəlib.

2 ay ərzində və 2,500 manata ərsəyə gətirdiyi avtomobil istifadəsində 7 müxtəlif maşın detallarından istifadə edilib. Alışdırma və əyləc sistemi “Qazel”, karbürator “VAZ 07”-dən, ötürmə sistemi “QAZ-24”-dən, mühərrik “Moskviç”-dən, qabaq faralar “KamAZ”-dan, oturacaqlar isə “Toyota”-dan götürülüb. Maşının karkasını isə usta dəmir lövhələrdən öz əlləri ilə düzəldib.

Avtomobil 1 ton yük daşımaq gücündədir, saatda 80-100 km sürətlə hərəkət edir. Maşın hər kəsin marağına səbəb olsa da, usta onu satmaq fikrində deyil. O, maşını məhz özü üçün, kənd təsərrüfatında istifadə etmək üçün yaradıb. Adını isə yaşadığı kəndin şərəfinə “Arzu-1” qoyub.

Cəlil bəy bu avtomobilini patentləşdirmək, gələcəkdə isə kvadrasikl və amfibiya maşın yaratmaq fikrindədir. 

Xatırladaq ki, amerikalı məşhur ixtiraçı, mexanik, sənayeçi və biznesmen Henri Ford 1893-cü ildə işdən sonrakı boş vaxtlarında özünün ilk avtomobilini düzəldib, 1903-cü ildə "Ford Motor Company"ni təsis edib.

5574

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0