QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmən əsgərləri ilə üz-üzə...

Abunə olmaq
Atəşkəs razılaşmasından 23 ilə yaxın vaxt ötsə də, cəbhə xəttində müharibə ab-havası qalmaqdadır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun Qapanlı kəndində müşahidə etdiyimiz mənzərə də bunu deməyə əsas verir.

Erməni silahlı birləşmələrinin mövqeləri ilə bu yaşayış məntəqəsinin arasında olan məsafə, təqribən 200 metrdir. Kənd yolunda, təhlükəli sahələrə daxil olmamaq haqqında xəbərdarlıq lövhəsi yerləşdirilib. Qarşı tərəfin mövqelərindən müşahidə edilən yolu güllələrdən, qismən torpaq sədd qoruyur.

Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər.

Xəbər lenti
0