(2:15 / 14.12Mb / просмотров видео: 157)

Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta

179
(Yenilənib 09:51 17.01.2017)
32 ildir tar ustası olan Nəsib Quliyev, bu qədim xalq çalğı aləti ilə ilk dəfə 14 yaşında tanış olub.

BAKI, 9 yan — Sputnik. Tale Bərdə rayonunda dünyaya gələn (hazırda da Bərdə rayonunda yaşayır) N. Quliyevi sonradan musiqinin beşiyi sayılan Şuşa şəhərinə aparıb çıxarır. Orta təhsilini Şuşada başa vurur. İbtidai musiqi təhsili belə almayan Nəsib Quliyev, sənətin incəlikərinə də orada yiyələnir. İlk tarını isə primitiv şəkildə — cəmi üç günə düzəltdiyini deyir.

"Bu, canlı alətdir, özünə olan münasibəti dərk edir. Yorulanda elə olur ki, yatıb dincələ bilmirsən, amma beş dəqiqə bunu götürüb nəsə ifa edəndə, bütün yorğunluğun çıxır" — Nəsib usta deyir.

O, bu günə kimi düzəltdiyi tarlardan yalnız dördünü satıb. Onu da ötən il. Zəhmət çəkib ərsəyə gətirdiyi tarları satmağa əli gəlmir. Ən böyük arzusu isə hazırladığı tarları məhşur tarzənlərdən birinin əlində görməkdir.

179
Əlaqədar
32 il sonra qarşısına çıxan əsərini yandırdı

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

9
(Yenilənib 10:12 22.04.2021)
Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

BAKI, 22 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur.

Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

9
Teqlər:
video, raket, hərbi təlimlər, Azərbaycan Ordusu

Müdafiə Nazirliyi Baş Qərvənd kəndinin ən son görüntülərini təqdim edib

11
(Yenilənib 18:46 21.04.2021)
Kəndin keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır.

Müdafiə Nazirliyi Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb. Baş Qərvənd kəndi Xaçın çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.

Keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınıb. Kəbirli tayfasının bir qolunun adıdır. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin bu kənddən çəkdiyi ən son görüntüləri təqdim edir.

11
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsinin iştirakçıları ilə ilk görüş keçirilib

0
(Yenilənib 15:48 22.04.2021)
Teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən "İnklüziv teatr" layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan "İnklüziv teatr" barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı və yadıcı heyətə uğurlar arzuladı.

Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını toplaşanlara yetirdi. Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da "İnklüziv teatr" haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşdülər.

© Photo : Azerbaijan State Academic Musical Theatre
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsində iştirak etmək üçün seçilən gənclər arasında "Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzuladı, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırlatdı.

Qeyd edək ki, teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

0