(2:52 / 18.10Mb / просмотров видео: 26)

Məktəblərin yaxınlığında yol hərəkətinin təhlükəsizliyi aktual məsələdir

40
(Yenilənib 16:49 28.11.2016)
"Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov iştirak ediblər.

Ekspertlər qeyd ediblər ki, yol hərəkətinin təhlükəsizliyi üzrə sxematik versiyasının yaradılması kifayət qədər aktual mövzudur.

40
(2:18 / 14.63Mb / просмотров видео: 34)

“Müharibə döyüş meydanında aparılmalıdır dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı

9
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Türkiyə Respublikasının Baş Ombudsmanı Gəncəni ziyarət edib, orada baş verənləri öz gözləri ilə görüb. Daha ətraflı – videomuzda.

Bu gün Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Gəncəni ziyarət edərək, orada törədilən hərbi cinayətin fəsadlarını öz gözləri ilə görüb. Onun sözlərinə görə müharibə yalnız döyüş meydanında aparılmalıdır. Gecənin qaranlığında günahsız dinc əhalinin üzərinə bomba atmaq isə cinayətdir və onlar hüquq qarşısında gec və ya tez cavab verəcək.

“Mətbuatdan izlədiyimiz, rəsmilərdən eşitdiyimiz vəhşiliyi yerində görmək, zərər çəkmişlərlə üz-üzə görüşmək, onlarla danışmaq üçün gəlmişik. Və inşallah buradakı işlərimizdən sonra hazırlayacağımız hesabatı öncə Türkiyədəki insan hüquqları qurumlarına, ardından İslam ölkələri və dünyadakı bütün insan hüquqları qurumlarına, bütün ombudsmanlara göndərəcəyik”, - deyə cənab Malkoç mətbuat nümayəndələrinə bildirib.

O, həm də Azərbaycanın bu haqlı mübarizəsində hədəfinə çatacağına ümid etdiyini bildirib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

9
(2:08 / 13.71Mb / просмотров видео: 50)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

59
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

59
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"