(2:06 / 13.36Mb / просмотров видео: 65)

Azərbaycanda fəsillərin dəyişmədiyi məkan

127
(Yenilənib 16:49 28.11.2016)
Şahin Kazımov 50 ilə yaxındır ki, bəlkə də, dünyanın ən gözəl işi olan bağbanlıqla — canlıların yaşaması üçün əsas həyat mənbəyi olan ağacların əkilib-becərilməsi ilə məşğul olur.

Tovuz rayonu, Alakol kənd sakini Şahin Kazımov bu sənətə ötən əsrin 70-c illərindən başlayıb. Kiçik yaşlarından əlinə düşən ağacları bir-birinə calayaraq, bağbanlığın sirrlərini öyrənib. Bir çox ağac növlərini yerli mühitə uyğunlaşdıraraq artırıb. 20 sot həyətyanı sahəsinə başdan-başa dekorativ, nadir yetişən ağaclar əkib.

Ağacların arasına da nadir ot bitkiləri basdırıb. Bu bağa ayaq basarkən, adam özünü dünyanın ən ekzotik meşəsində hiss edir. Burada olan çiçək və otların iyini isə dünyada heç bir ətir əvəz edə bilməz. Fəslindən asılı olmayaraq, Ş. Kazımovun bağında həmişə bahardır.

127
Əlaqədar
Bitkilərin dilini bilən adam: onun bağında fəsillər dəyişmir