(0:56 / 5.63Mb / просмотров видео: 22)

Noyabr qarı: Bakıda erkən qış

91
(Yenilənib 16:59 28.11.2016)
Sinoptiklərin söz verdikləri kimi, noyabrın 22-dən 23-nə keçən gecə Bakıya qar yağıb. Bu təbiət olayına Sputnik-in videosunda baxın.

Bakıda noyabrda nadir halda qar yağır. Yağıntının intensivliyi çox deyil, şəhərin mərkəzində qar yerə oturmur, Yasamal və Badamdar kimi hündür ərazilərdə qar daha güclü yağır.

Sinoptiklərin sözlərinə görə, yalnız bu gecə qar yerdə bərkiyə bilər. Hazırda havanın hərarəti 2 dərəcə müsbətdir, bu isə noyabrın sonu üçün Bakıda qeyri-adi temperaturdur.

91
Əlaqədar
Ölkə ərazisində 2 dərəcə şaxta var