(1:15 / 8.11Mb / просмотров видео: 6)

Bakıda Ukrayna mədəni ekspedisiyası

47
(Yenilənib 11:47 23.11.2016)
Arts Council Ukraine və Arts Council Azerbaijan nümayəndələri iki ölkənin rəssamları ilə bir yerdə bir həftə ərzində rəsm əsərlərinin yaradılması üzərində işləyiblər.Sputnik-in videosunda layihənin nəticələrinə baxın.

Altı gün ərzində Arts Council Ukraine-nin təmsilçisi rəssam Darya Babiç Arts Council Azerbaijan-ın nümayəndələri Eldar Babazadə, Namiq Həsənov və gənc rəssamlar Eldar Həsənovla Fidan Novruzova müasir rəssamlıq əsərləri yaradıblar.

Yekun sərgi artıq bu gün, noyabrın 22-də 19.00-da Art Council Azerbaijan və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan Art Tower qalereyasında olacaq.

47
Əlaqədar
"Art weekend" keramika ustalarını açıq səma altında topladı

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

9
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

9

“Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” - qazi

23
(Yenilənib 11:53 19.01.2021)
Yardımlı rayonu Bürzünbül kənd sakini Əsgər Səfərov 44 günlük Vətən müharibəsi zamanı yaralansa da “Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” deyir.

2008-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan qazimiz nümunəvi xidmət etdiyinə görə komandanlığı onu hərbi hissədə saxlayıb. “Canavar” ləqəbli tankçı Əsgər Səfərov düşmənin bir neçə hərbi texnikası və canlı qüvvəsini məhv edib.

Instagram / firstvicepresidentazerbaijan

“Sentyabrın 27-də səhər saat 07:00-da biz əməliyyata başladıq. Bizim əməliyyatımız Cocuq Mərcanlıdan Xudafərin körpüsünə qədər davam etdi. Həmin döyüşlərdə düşmənin kalan tankları və şəxsi heyəti məhv oldu. Çoxlu sayda hərbi texnikaları əlimizə keçdi. Oktyabrın 6-da Xudafərin körpüsünün yanından axşam saat 18:00-da biz əməliyyata başladıq. Bizim bir tank və bir BMP-miz var idi, o biri tanklarımız başqa istiqamətdən əməliyyata başlayacaqdılar. Mənfur düşmən bizi güclü artilleriya atəşinə tutmağa başladı. Mən dərhal texnikaları geriyə çəkmək komandasını verdim. Rabitə vasitəsi ilə əlaqəyə çıxıb texnikanı Araz çayının kənarında saxlamağı əmr etdim”, - deyə qazi Əsgər Səfərov qeyd edib.

"Vətən yolunda gedib, şəhid olub. Bundan qürurlu nə ola bilər ki?!" - Şəhid atası >>

Həmin ərazidə gedən şiddətli döyüşlərdə ermənilərin 60 nəfərə yaxın şəxsi heyəti məhv edilib və onların bir neçə ədəd döyüş texnikası ələ keçirilib. “Canavar”ın tabeliyində olan əsgərlər şəhidlərimizi və yaralılarımızı götürüb arxaya gəliblər. Qazimiz şəhidi döyüş meydanından götürərkən mənfur düşmən “Faqot” silahından ona tərəf atəş açıb. O, tabeliyində olan əsgərləri ərazidən çıxarıb, şəhidi ermənilər aparmasın deyə özü həmin yerdə tək qalıb.     

“Düşmən mənə TƏİR raketindən atəş açdı, o raketlər tank üçündür. Vura bilərdilər, amma Allah bizim tərəfdə idi. Şükür Allaha ki, tez bir zamanda torpaqlarımız alındı, biz çox sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfa versin! Allah Ordumuza kömək olsun!”, - deyə Əsgər Səfərov bildirib.

23
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0