(1:26 / 8.84Mb / просмотров видео: 80)

Suyu yanan bulaq

162
(Yenilənib 11:35 08.11.2016)
Yerli sakinlər bulaqdan qaynayan suyun yeraltı proseslər nəticəsində, bəzən 5-7 metr hündürlüyə qədər qalxdığını müşahidə ediblər.

Bakı-Astara magistral yoluna yaxın, Astara rayonunu Ərçivan qəsəbəsinin cənub qurtaracığda bir məkan var — "Yanar Bulaq Kompleksi". Bu bulağın digər bulaqlardan fərqi, ondan qaynayan suyun yanmasıdır.

Qabaqlar bu hadisə möcüzə kimi qəbul edilsə də, elm adamları ortaya çıxarıblar ki, suyun yanması onun tərkibində kükürd olması ilə bağlıdır.

Ərçivan sakinləri deyirlər ki, ötən əsrin 70-ci illərində rayona gələn geoloqlar, ərazidə yer altında bir neçə çayın axdığını aşkar ediblər. Sonra isə, təxminən 80 metr dərinlikdə artezian quyusu qazıblar və nəticədə bu möcüzəvi bulaq meydana gəlib.

Hazırda bu kompleks yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

162
Əlaqədar
Əsrarəngiz məkan: suyu yanır, alovu yandırmır

Biz sizi sevirik: amerikalı polis Kaliforniyada etirazçılar qabağında diz çökdü VİDEO

22
(Yenilənib 16:44 03.06.2020)
ABŞ-da, Minneapolis şəhərində, 46 yaşlı afroamerikalı Corc Floydun ölümündən sonra ölkənin bir çox iri şəhərini etiraz aksiyaları bürüyüb.

Floydün ölümünə isə polis işçisi səbəb olub. Kaliforniyada bir neçə polis nümayəndəsi etiraz edənlərin yanına çıxıb və onlara müraciət edib. Onlardan biri isə hətta diz üzərinə çöküb nümayiş iştirakçılarından birini qucaqlayıb. Daha ətraflı videomuzda izləyin.

22

Kiçik məhəllə üçün kitabxana: Gənc fəal öz yaşadığı qəsəbədə kitab rəfi quraşdırıb

32
(Yenilənib 15:07 03.06.2020)
Gənc fəal Ağa Mehdiyev ilk dəfə deyil ki, təşəbbüsləri ilə media qəhrəmanına çevrilir. Bu dəfə onun bizi nə ilə təəccübləndirdiyini videomuzda izləyin.

Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. Düzdür, ideya yeni deyil, amma daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb. Ağanın məqsədi isə bu cür “mobil kitabxanaların” daha çox kiçik icmalarda peyda olmasıdır.

“Bu layihədə əsas hədəf bundan ibarətdir ki, tədricən qonşuluqda olan məhəllələrdə də insanlar öz kitabxanalarını formalaşdırsınlar – öz icmaları, öz qonşuluqlarında olan insanlar üçün”, - deyə aktivist bizimlə bölüşüb.

Ağanın amalı uşaqlara seçim verməkdir. Uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. İlk addımı da atmaqdan qorxmayıb.

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Çəkiliş zamanı kitabxana ilə maraqlanan uşaqlar bir-bir yaxınlaşıb. İlk öncə onların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib.

Prinsip isə olduqca sadədir. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hal-hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.

Gör-götür dünyasıdır. Bizi yalnız gördüyümüz, eşitdiyimiz şeylər maraqlandıra bilər. Təsəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə artıq Ağa tərəfindən atılıb.

32
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0