(2:05 / 13.27Mb / просмотров видео: 18)

Çörəkçilər Bakıda 500-dən çox çörək növünü nümayiş etdiriblər

82
(Yenilənib 19:35 20.10.2016)
Bakıdakı "Çörək festivalı"nda 500-dən artıq çörək və digər un məmulatları növləri nümayiş etdirilib. Sputnik-in videosunda bu dadlı və ətirli festivalın açılışına baxın.

Kimin çörəyi daha dadlıdır? Bu gün Azərbaycanın bütün bölgələrindən olan çörəkçilər "ən dadlı çörək" adı uğrunda yarışıblar. Bakı sakinləri və qonaqlar üçün Beynəlxalq Kulinariya günü münasibətilə keçirilən festival yaddaqalan tədbirlərdən olacaq.

Tədbirdə ölkənin bir çox bölgələrindən — Qarabağdan (Laçın və Şuşa), Abşerondan, Zaqataladan və digər füsunkar guşələrimizdən olan çörəkçilər iştirak ediblər. Xarici ölkə təmsilçilərindən Özbəkistan və Qırğızıstanın adlarını çəkmək mümkündür. Festivalda 500-dən artıq çörək və digər un məmulatları növləri nümayiş etdirilib.

82