(2:11 / 14.25Mb / просмотров видео: 35)

Quba rayonunda "alma istirahəti"

195
(Yenilənib 18:38 10.10.2016)
IV "Alma bayramı" festivalı Quba rayonunda uğurla keçirilib. Sputnik bayramda olub və bayramda nümayiş etdirilən onlarla alma növü barədə reportaj hazırlayıb.

Azərbaycanın şimalında yerləşən Quba şəhəri dadlı alma meyvələri ilə məşhurdur. Təsadüfi deyil ki, artıq dördüncü ildir ki, burada payızda "Alma bayramı" festivalı keçirilir.

Qubalıların və qonaqların xoşuna gələn ənənəvi tədbir mərkəzi Heydər Əliyev parkını sərgi pavilyonuna çevirib. Burada müxtəlif alma növləri və onlardan hazırlanan məhsullar təqdim olunub. Festival çərçivəsində bayram yürüşü, rəqslər, ifalar, kəndirbazlıq nümayiş olunub. Həmçinin sənətkarlar məharətlərini nümayiş etdiriblər. Qonaqlara mürəbbələr, şirələr, şirniyyatlar təqdim olunub.

195