(5:12 / 31.82Mb / просмотров видео: 1198)

Azərbaycanda sancıya, baş ağrısına stressə qarşı effektiv vasitə hazırlanır

894
(Yenilənib 12:02 20.09.2016)
Hazırda bu vasitələrin bir çoxu yaddan çıxmış, bəziləri isə unudulmaq üzrədir

İlham Mustafa, Kamilla Əliyeva
Sputnik Azərbaycan

Qədim və zəngin tarixə malik Azərbaycanda ta qədimdən müalicə və sağlamlıq üçün xeyirli olan müxtəlif təbii tərkibli dərman vasitələri hazırlanıb. Bu vasitələr "türkəçarə" üsulu ilə bir çox xəstəliklərin sağalmasında və qarşısının alımasında misilsiz rol oynayıb.

Hazırda bu vasitələrin bir çoxu yaddan çıxmış, bəziləri isə unudulmaq üzrədir. Təbii müalicəvi xüsusiyyətlərə malik nanə, cəfəri, şahtərə, şaftalı yarpağından hazırlanan araqlar da bu cür vasitələrdəndir.

Bu cür cövhərlərdən biridə nanə arağıdır. Əsasən Gəncə və ətraf rayonlarda daha məşhur olan nanə arağının hazırlanması ilə azsaylı da olsa, məşğul olan insanlar var. Onlardan biri də Gəncə şəhərində yaşayan Əntiqə Əsgərovadır. Əntiqə xanım əhali arasında hazırda ən çox tələbatın gülab və nanə arağına olduğunu deyir. Bunlardan qızıl gül ləçəklərindən hazırlanan gülab ölkəmizin bir çox yerlərində əsasən yas mərasimlərində istifadə olunsa da, nanə arağı daha çox türkəçarə vasitəsi kimi əhəmiyyət daşıyır.

Əntiqə xanım nanə arağının sancıya, köpə, qarın ağrısı, mədə ağrısı, ürəkbulanma zamanı çox müsbət təsir göstərdiyin deyir. Eyni zamanda burun, boğaz yollarını təmizləyir, həzmi rahatlaşdırır, iştaha açır, stres ve baş ağrısını aradan qaldırmağa kömək edir. O, bir çox şəhər əhalisinin bu cür hallardan qorunmaq üçün daim evində nanə arağı saxladığını deyir.

894
Teqlər:
nanə arağı, şəfa, müalicə, Gəncə
Əlaqədar
Duzla müalicə. Təəccüblü faktlar!

Dəmirçilər kəndində sükut qulaq batırır - VİDEO

11
(Yenilənib 18:16 26.01.2021)
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonundan yeni videogörüntülər paylaşıb. Həmin görüntülərə Sputnik Azərbaycan-da baxa bilərsiz.

BAKI, 26 yanvar — Sputnik. Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km cənubda, Bazarçayın sağ sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranıb. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olub. 

Bir zamanlar həyat qaynayan kəndi 1993-cü ildə Ermənistan ordusu işğal edərək viran qoyub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Dəmirçilər kəndini də düşmən tapdağından xilas edib.

11
Teqlər:
video, kənd, Dəmirçilər, Azərbaycan, Qarabağ, Qubadlı

Xırdalanda evin partladığı yerdə baş verir video

29
Hazırda Abşeron rayonunun Xırdalan şəhərində dünən partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu hadisə yerində olub.

Hadisə Xırdalanın 27-ci məhəlləsində ikimərtəbəli evdə baş verib. Partlayış dalğasından yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hazırda qalıqlar altında olduğu güman edilən uşağın xilas edilməsi üçün işlər davam etdirilir. İndiyədək altı nəfər xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.

29
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni