(1:07 / 7.17Mb / просмотров видео: 67)

Bu abidə yalnız ziyarətgahlarda bitən möcüzəli ağacların olduğu meşədədir

171
(Yenilənib 16:11 29.08.2016)
Cənub zonasında ən tanınmış dini-tarixi memarlıq abidəsi Lənkəran-Lerik yolunun 40-cı km-də Lerikin Bobogil kəndi ərazisində yerləşən türbədir.

Bobogil toponiminin mənası "Gilanlı Baba" kimi izah edilir. Lakin ehtimallara əsasən, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olub.

Bobogil türbəsi XV əsrə aid olan qəbristanlıqda salınıb və ərazinin unikallığı ondan ibarətdir ki, buralar sıx şumşad meşələri ilə əhatə olunub. Bu meşələr də yalnız Cənub bölgəsində olur. Bundan əlavə, qəbristanlıqda müxtəlif formalı qədimi qəbir daşları da var. Ən maraqlısı da budur ki, yerli camaatın bildirdiyinə görə, şumşad ağacları yalnız müqəddəs qəbirlərin olduğu ziyarətgahlarda bitir.

171