Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan olimpiyaçıları Bakıya döndülər

Abunə olmaq
Ölkəmizi Rio-de-Janeyro Olimpiadasında təmsil edən idmançılar vətənə qayıdıblar. Sputnik olimpiyaçıların qarşılanma anlarını lentə alıb.

Heydər Əliyev adına hava limanındakı qarşılanma mərasimində Gənclər və idman nazirliyinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.

Hava limanına gələnlər özləri ilə mükafatçılarımızın fotoşəkillərini, onlara həsr olunmuş plakatları gətiriblər. İdmançılar dəstəyə görə azarkeşlərə, idman ictimaiyyətinin, ümumilikdə xalqımıza minnətdarlıqlarını bildiriblər.

Azərbaycan idmançıları Rio-de-Janeyro Olimpiadasında 18 medal qazanıblar. Yığmamızın heyətində yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazanıb.

Xəbər lenti
0